Piylənmə ilə olan xəstələrin monitorinqi

Son güncelleme: 14.08.2014 13:56
  • Ksenikalla müalicənin birinci aylarında xəstə ilə müntəzəm kontaktda olmaq xüsusi ilə vacibdir. Pasiyentlərdən xahiş edin ki, hər ay heç olmasa bir neçə gün üçün qidalanma gündəliyi tərtib etsinlər. Bu müaliçə həkiminə və pasiyentə qida vərdişlərinə nəzarət etməyə, fiziki aktivliyi, bədən çəkisi göstəricilərini, bel dairəsi/bud dairəsi, bel dairəsi, arterial təzyiqin səviyyəsini, karbohidrat və lipid mübadiləsinin göstəricilərini, yanaşı gedən xəstəliklərdə tətbiq olunan dərmanların sutkalıq dozasını fiksə etməklə müaliçənin effektliyinin obyektiv qiymətləndirilməsinə imkan verir.


    Piylənmənin müaliçəsində bədən çəkisinin aşağı düşməsi prosesində ən çətin yerinə yetirilən, alınmış nətiçənin saxlanılmasıdır.
    Bədən çəkisinin aşağı düşməsi proqramında alınmış nətiçənin uzun müddət saxlanılmasının əsasını həkim və pasiyentin daimi kontaktı təşkil edir.
    Bədən çəkisinin sxlanılması proqramı bədən çəkisinin aşağı salınması proqramından 6 ay sonra başlanır.
    Klinik tədqiqatlr göstərir ki, bədən çəkisinin artmasının qarşısını almaq üçün ən vacib fktor- müalicə həkiminin daimi müşahidəsidir. Arıqladıqdan sonra bir çox pasiyentlər yenidən çəkilərini artırırlar. Onlar özlərini uğursuz insan hesab edirlər, həkimə müraciət etməyə utanırlar və çəkilərini endirmə cəhdlərini dayandırırlar. Əgər bu dövrdə həkim pasiyenti qəbula dəvət etsə, çəkiyə nəzarət proqrmını yenidən başlamaq olar və bədən çəkisinin təkrar artmasının qarşısını almaq olar.


    Pasiyentlərə öz çəkisini uzun müddət nəzarətdə saxlamağa kömək edən sadə məsləhətlər:
    Ərzaq seçimini düşünərək etməli, yəni, yağların istifadəsini məhdudlaşdırmaqla sellülozalı ərzaqları məhdudiyyətsız istifadə etməklə, balanslaşdırılmış qidalanma prinsiplərinə əməl etmək.
    Bədən çəkisinin artmasına şərait yaradan vəziyyətlərin qarşısını almaq və öhdəsindən gəlmək.
    Aktiv həyat tərzi keçirmək. Arıqladıqdan sonra fiziki fəaliyyətsiz bədən çəkisini stabil saxlamaq mümkün deyildir.
    Əksər pasiyentlərdə motivassiyanı saxlamaq və piylənmənin müalicə proqramını yerinə yetirmək üçün daim psixolojı kömək lazımdır. Pasiyentlərə, əgər onların çəkisində bir qədər artım olduqda imkan verməyin ki, onlar həvəsdən düşsunlər və müalicə proqramını yarımçıq kəssinlər. Onları inandırın ki, çəkinin azacıq artımı tamammilə normal haldır. Pasiyentlərə bu faktdan istifadə edərək, müalicəni yarımçıq kəsməyə icazə verməyin.
    Xəstədə müvəffəqiyətə inamı möhkəmlədin!

    alıntı
#14.08.2014 13:56 0 0 0