18 yaşadək uşaqlarda xəstəlikdən ölüm halları

Son güncelleme: 14.08.2014 19:46
  • Dövlət Statistika Komitəsindən bildirilən məlumata görə, ötən il 18 yaşadək uşaqlar arasında müxtəlif xəstəlik səbəblərindən ölənlərin sayı 2012-ci ilə nisbətən 3,6 faiz artaraq 2811 nəfər təşkil edib. Uşaqlara ən çox qoyulan diaqnoz tənəffüs orqanlarında yaranan xəstəliklərindən olub. İkinci yerdə isə yoluxucu və parazit xəstəliklər dayanır.

    Mövzu ilə bağlı fikirlərini bölüşən professor Adil Qeybulla deyib ki, ortada belə bir statistika varsa, bu sahəyə cavabdeh olan qurumlar tərəfindən araşdırılmalıdır: “Əgər Azərbaycanda da xəstəliklərin cavanlaşması və artım dinamikası hiss olunursa, bunlar araşdırılmalıdır ki, bu vəziyyət hansı səbəbdən meydana gəlib. Bunun ilkin mənbələri axtarılmalıdır. İlkin vaxtlarda müəyyən fərziyyələr irəli sürülə bilər. Əlbətdə bu gün əhalinin 1 milyondan çoxunun qaçqın vəziyyətdə olması, bunların statistikasının bəzən real olmaması, əhalinin xeyli hissəsinin miqrasiya durumunda olması ilin səbəblər kimi göstərilə bilər.

    Bir faktı bildirim ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəmin tolerant formasından xəstələnənlərin sayına görə dünyada birinci yerdə dayanır. Vərəmin tolerant forması müasir peraparatlara tabe olmayan formasıdır. Bu çox qorxunc bir göstəricidir. Vərəmin bu növü ehtimal olunur ki, Rusiya həbsxanalarından yayılıb. 2015-ci ilədək dünyada vərəmin bu növündən 15 milyonadək insanın dünyasını dəyişəcəyi ehtimal olunur. Təbii ki, bu rəqəm 3-cü dünya ölkələrinin payına daha çox düşür.

    Azrbaycanda da yoluxucu xəstəliklərin sayının artmasının hansı səbəbdən baş verdiyi araşdırılmalıdır. Hər halda ortada belə bir statistika varsa, bu sahəyə cavabdeh olan qurumlar tərəfindən araşdırılmalıdır”.

    alıntı
#14.08.2014 19:46 0 0 0