Kartof haqqında məlumat

Son güncelleme:
  • Britaniyalı tədqiqatçılar kartofun ən vitaminli tərəvəz olduğunu müəyyənləşdiriblər...

    Top News saytının verdiyi məlumata görə, britaniyalı tədqiqatçılar kartofun insanın bədən quruluşunu korlaması haqqındakı fikirlərini alt-üst ediblər.

    Genişmiqyaslı tədqiqatlar dietoloqlara kartofun kələm, banan, qoz-fındıq kimi bitkilərdən daha əhəmiyyətli olduğunu söyləməyə imkan verir.

    Bu tərəvəz bitkisi orqanizmin qan təzyiqini normallaşdırır.

    Dietoloqlar Sian Porter və Siqrid Gibson 1000-ə qədər yaşlı və 900-ə qədər uşaq arasında tədqiqat aparıblar.

    Könüllülər kartof məhsulundan hazırlanan yeməkləri yedikdən sonra tədqiqatçlıar orqanizmin işində olan kiçik dəyişiklikləri qeydə alıblar.

    Müəyyən olunub ki, qabıqla bişirilmiş kartof banandan 5 dəfə artıq vitaminlidir və C vitanini onda 3 dəfə artıqdır.

    Tədqiqatçılar həmçinin onu da qeyd edirlər ki, kartof onkoloji xəstəliklərlə mübarizədə böyük profilaktik əhəmiyyətə malikdir, bütövlükdə orqanizmə xeyirli təsir edir, onu kompleks vitaminlər və mikroelementlərlə təmin edir.

    alıntı
0 0 0