Yenə eyni sözlərdən, bəlkə bənzər cümlələrdən ibarət olan bir yazıyla qulaqlarını çaldıracam.
Sevirəm deyəcəyəm, darıxıram sonra ..
Bəlkə aşiqəm deyəcəyəm amma sən yenə eşitməyəcəksən. Eyni şeyləri dayanmadan bir boşluğa deyəcəyəm..
Darıxıram deyə ağladığım gecələrə qarışacaq gözlərinin işıltısı, xəbərin belə olmayacaq.
Yollara salacaq məni bu həsrət sənin küçələrində gəzəcəyəm səndən xəbərsiz. Sənin getdiyin kafe də sənin oturduğun stolda axtaracağam buraxdığın qoxunu,sən yenə bilməyəcəksən.
Sən onsuz da nəyi bildin ki?
Neçə dəfələrlə sənsiz qala bilmiyəcəyimi, səndən başqa kimsəni sevə bilməyəcəyimi desəmdə sən məni başa düşmədin.
İndi də darıxdığımı necə başa düşə bilərsənki? Heç özünü yorma səndə alınmazda, həm başa düşsəndə məni daha bizdən keçdi artıq .