Samiraldo - Başıma buzlu su tökmərəm

Son güncelleme: 29.08.2014 11:31
  • Sitilist Samiraldo ( Samir Əliyev) ALS xəstəliyindən əziyyət çəkənlərə yardım etmək məqsədilə “Buzlu su” aksiyasında iştirak edənləri kəskin şəkildə qınayıb.

    Bu baradə fikirlərini bölüşən məşhur bunları söyləyib:

    “Bunu etmək mənasızdır. Bu cür etməklə hansı xəstəyə yardım etmək olar? Ondansa gedib 100 dollar pul ödəsinlər”.

    “Əgər kimsə estafeti sizə ötürsə, yardım edəcəksiniz?” sualına cavab olaraq, stilist bildirib:

    “Mənim başımdan bir vedrə buzlu su tökmək fikrim yoxdur. Mən həmin xəsətələr üçün ayrılan bank hesabına 100 dollar ödəyərəm. Bilərəm ki, kiməsə maddi yardımım toxundu. Biz göz önündə olan insanlarıq. Bizi izləyənlərə hər bir hərəkətimizlə, davranışımızla nümunə olmalıyıq.

    Stilist noyabr ayında 2 ay müddətində Bakını tərk edəcəyini də vurğuladı:

    “Noyabr ayında Bakını ikiaylıq tərk edirəm. Bu həm şəxsi həyatımla, həm də karyeramla bağlıdır. Yeni layihə üzərində çalışıram: Samiraldo brendini yaratmaq istəyirəm. mənim geyindiyim geyimlər 2-3 ildən sonra burda dəbə düşür. Ona görə fikirləşirəm ki, bu çox uğurlu layihə olacaq. İstəyirəm Samiraldo brendini hamı tanısın.

    Şəxsi həyatıma gəlincə isə onu deyə bilərəm ki, ailə quracağım xanım Londanda yaşayır. Ona görə də nikah mərasimi orada baş tutacaq”.

    alıntı
#29.08.2014 11:31 0 0 0