Ayətül-kürsi hansı ayədir

Son güncelleme: 29.08.2014 13:47
  • Qurani-kərimin Bəqərə surəsinin 255-ci ayəsinə, bəzən isə 255, 256 və 257-ci ayələrinə “ayətül-kürsi” deyirlər. 255-ci ayədə “Allahın kürsisi” ifadəsi işədildiyi üçün, ona bu ad verilib.

    Əslində burada oturmaq üçün istıfadə edilən kürsidən söhbət getmir; çünki Allah cism deyil və oturmaq üçün vasitəyə ehtiyacı yoxdur.

    Ayədəki “kürsi” ifadəsi Allahın qüdrət və hökmranlığının simvolu kimi işlədilib.

    İslam ənənəsində ayətül-kürsidən həm də dua kimi istifadə edilir. Xəstəliklərdən şəfa tapmaq, şərdən amanda qalmaq, ruzini artırmaq, çətin işi həll etmək, qorxunu aradan qaldırmaq və sairə məqsədlər üçün ayətül-kürsini oxuyurlar.

    Həzrət Mühəmməd Peyğəmbər (s) ayətül-kürsini “Quranın ən əzəmətli ayəsi” adlandırmışdı.

    Namazdan sonra ayətül-kürsini oxumaq hədislərdə tövsiyə edilib. Rəvayətə görə, Peyğəmbər yatmazdan əvvəl ayətül-kürsi oxuyardı.

    alıntı
#29.08.2014 13:47 0 0 0