Çox gördüm

Son güncelleme: 29.08.2014 14:41
  • Xəzan gördüm ,xandı bağban diyarında,
    Haqqı gəzdim sultanların qərarında,
    Kimsə qalmış çaşqın yolun kənarında,
    Köçəndə də, çaşqın -çaşqın köçən gördüm

    Nur yox olmaz, cahil gözlər qapananda,
    Mərd tanınar, mərd meydanda dayananda,
    Dalğaları qayalara çırpılanda,
    Damlaları, ümmanından qaçan gördüm.

    Hissə, nəfsə malik olur mövcud bədən
    Yaşayanı- düşüncəylə ömür sürən,
    Kim dərgahın qapısından içə girən?
    Ağıl durdu, könül, ruhu keçən gördüm.

    Arif gəzdim, səsdən səsə yolu keçə,
    Tək eşqinə vardan ola, gedə heçə,
    Sərxoş ola, badəsini içə içə...
    Kəfənliyə, ləl gövhəri biçən gördüm.

    alıntı
#29.08.2014 14:41 0 0 0