3 kq qabaq
2 kq maş lobyası
500 q şirin bibər
1 l su
500 ml 9%-li sirkə
150 q sarımsaq
150 q duz
250 q şəkər tozu
350 q bitki yağı
3-4 dəstə cəfəri
1-3 ədəd acı istiot
Bibərləri təmizləyin, uzunasına ortadan bölün, bunları da ortadan bölüb nazik doğrayın (sanki bir halqanı dörd yerə bölürsünüz).
Qabaqları ortadan bölüb nazik dilimləyin (yarımdairə).
Acı istiotu, sarımsağı, göyərtini xırda doğrayın.
Su, sirkə, duz, şəkər tozu və yağdan marinad hazırlayın. Qaynara düşəndə tərəvəzləri əlavə edin. 30-35 dəqiqə bişirin. Arada ehtiyatla qarışdırın. Qaynar-qaynar sterilizə edilmiş bankalara yığın, qapaqlarını bağlayın.