Uzun ömür sürmək istəyirsinizsə - Yay almaları

Son güncelleme: 31.08.2014 19:51
  • Almalar təkcə payız və ya qış meyvəsi deyil. Əslində, bir çox yay növləri də mövcuddur. Bunların ən məşhurları borovinka, iyul çernenkosu, kvinti, melba, papirovka və yandıkovskidir. Bizim ölkəmizdə olan almanın əksər növləri Baltikyanı, Rusiya və Ukraynadan olan növlərdir. Almalar C, B1, B2, P, E kimi bir çox vitaminlərə, manqana və kaliuma malikdirlər. Lakin almada olan dəmir insan orqanizmi tərəfindən, demək olar ki, həzm olunmayan miqdardadır. Hemoqlobin aşağı miqdarda olduqda daha çox heyvan mənşəli məhsullar yemək lazımdır

    Yay növlərində pektinin çox olması sayəsində almalarda aşağı qlikemik indeksi olur, yəni onlar arıqlamağa kömək edir və az miqdarda şəkərə malikdirlər. Amma bu, o demək deyil ki, onları həddən artıq çox yemək lazımdır. Almalar, eyni zamanda sidik turşusunun yaranmasının qarşısını alır və qarışqa turşusunu məhv edirlər.

    Ona görə onlar revmatizm, podaqra, ateroskleroz, xroniki ekzemalar və dərinin digər xəstəliklər zamanı faydalıdır. Alma görmə qabiliyyətinin gücləndirilməsi, dəri, saçlar və dırnaqların yaxşılaşdırılması və sinir xarakterli xəstəliklərin müalicəsi üçün faydalıdır. Bundan əlavə, almalar aşağı qan təzyiqi və damarların sərtləşməsi zamanı qanı yaxşı təmizləyirlər. O, həmçinin limfa sistemi üçün faydalıdır.

    Almaları daha çox çiy, qabıqla bir yerdə yemək yaxşıdır, çünki qabığı daha çox flavonoid, C vitamininə və pektinə malikdir. Kəsilmiş almalarda C vitamininin miqdarı kəskin şəkildə azalır və bunu kəsilmiş yerlərin tez qaralmasından müşahidə etmək olur.

    Alma ilə istənilən qida qəbulunu tamamlamaq məsləhət görülür hesab olunur ki, bu, təkcə qamət üçün deyil, dişlər üçün də faydalıdır. Bundan əlavə, əgər qidada yuxarıda qeyd olunan qırmızı ət, qaraciyər və ya yumurta varsa, alma onlardan alınan dəmiri asan şəkildə həzm etməyə kömək edir.

    Bilmək lazımdır ki, almaların yay növləri pis qorunur və tez bir zamanda korlanır. Ümumilikdə isə almaları digər meyvə və tərəvəzlərdən ayrı saxlamaq lazımdır, çünki almaların yanında onlar korlamağa başlayırlar. Onları soyuducuda saxlamaq o qədər də mütləq deyil, sərin qaranlıq yer də münasib olar.

    Həzm sisteminin xəstəlikləri, xüsusilə onların kəskinləşməsi zamanı (qastrit, kolit, eroziya, xora) almalar ağrı hissi yarada, xəstəliyin daha da inkişaf etməsinə səbəb ola bilər. Bunların hamısı almaların, xüsusilə də qabığın daha çox kobud sellüloza malik olmasından irəli gəlir. Buna görə də özünüzə ziyan verə bilərsiniz.

    "Almalar və armudlar bizim torpaq üçün az yararlıdır və daha çox ölkəmizin şimal, sərin regionlarda, Qubada, Qəbələdə, Şəkidə, Zaqatalada bitir. Onlar İsmayıllıda da bitir, - bağban deyir. - Armudların bəzi növləri az tələbkardır, amma nə bu, nə də digər növlər qızmar Abşeron yayının istisinə tab gətirməyə bilər". Həm almalara, həm də armudlara kifayət qədər böyük dərinliyə malik olan yaxşı torpaq, yayda tez-tez suvarma və həşəratlardan qorunmaq lazımdır.

    alıntı


    https://www.main-board.com/saglamliq/782379-uzun-omur-surmek-isteyirsinizse-armud.html#post5160593
#31.08.2014 19:51 0 0 0