Bir vaxtlar Çində armud uzunömürlülüyün simvolu sayılırdı, çünki armud ağacı uzun ömür sürür. Onun adı ilk dəfə hələ qədim yunan mifologiyasında çəkilirdi. Homerin "Odisseya"sında məhz armudlar fars çarının bağında bitirdi, Peloponnes yarımadasında isə hətta "armudlar ölkəsi" mövcud idi.
Ehtiyat üçün armud
Armud bioaktiv maddələrlə zəngindir. O, A, B1, B2, E, P, PP, C vitaminlərinə, karotinə, fol turşusuna, katexinlərə, azot maddələrə, pektinlərə, dəmirin mineral duzlarına, manqana, yoda, kobalta, misə, kaliuma, molibdenə, kalsiuma, aşı maddələrinə, sellüloza malikdir. Armudda saxarozadan daha çox fruktoza var. Deməli, bu meyvə mədəaltı vəzinin fəaliyyətinin pozulması və şəkər diabeti zamanı o qədər də təhlükəli deyil. Buna görə də təmiz və qurudulmuş meyvələr və içkilər kökəlmə və şəkər diabeti zamanı pəhrizə daxil edilir. Armudun əsas üstünlüyü qida liflərinin böyük miqdarda olmasıdır (2,3q/100q), amma C vitamini bu meyvədə azdır.
Lakin fol turşusunun miqdarına görə armud, hətta qara qarağatı da qabaqlayır. Tibb armudun böyük xeyrindən danışır, amma onu boş qarına yemək və ondan sonra su içmək məsləhət görmür. Ondan sonra, həmçinin ət yemək olmaz və daha yaxşı olardı ki, armudu qida qəbulundan yarım saat sonra yeyəsiniz. Bundan başqa, müalicəvi xüsusiyyətlərə ancaq yetişmiş, ətirli, sulu, konsistensiyaya görə zərif olan meyvələr malikdir.
Armud orqanizmdən ağır metalları və toksinləri çıxarır, orqanizmin müdafiə gücünü artıra bilən unikal efir yağları, bioloji aktiv maddələr infeksiya xəstəliklərinin qarşısını alır və iltihaba qarşı xüsusiyyətlərə malikdir. Hətta depressiya zamanı da kömək edir.
Armud şirəsi bəzi mədə xəstəliklərinin müalicəsi zamanı faydalıdır, onun meyvəsinin ləti isə almadan fərqli olaraq, orqanizm tərəfindən rahatca həzm olunur. Qaraciyərin və mədənin bərkidilməsi üçün armudun turş və çox ağız qamaşdırıcı növləri faydalıdır.
Həlim və kompotlarda çoxlu tanin olur və onun büzüşdürücü təsiri bağırsaq pozuntuları zamanı kömək edir. Amma pozğunluq zamanı təzə armudu yemək məsləhət deyil. Armudda həmçinin çoxlu dəmir var, amma hemoqlobini artırmaq üçün armuddansa (meyvələr də daxil olmaqla) ət yemək lazımdır. Həkimlər 40 yaşdan sonra armudu daha çox yeməyi məsləhət görürlər.
Kalium ionlarının çoxlu sayda olması ürəyin və əzələlərin normal fəaliyyət göstərməsinə xidmət edir və həmçinin toxumaların bərpasını yaxşılaşdırır. Bundan əlavə, armud aclıq hissini aradan qaldırır və demək olar ki, kalorisizdir. Buna görə də arıqlamağa kömək edir. Yeganə əks-göstəriş mədə xorası zamanı çiy armudların yeməməkdən ibarətdir. Qalan hallarda, sadəcə, normanı bilmək lazımdır. Gündə bir-iki armud orqanizminiz üçün kifayətdir.
Armudları, ilk növbədə, ətrinə görə və əl ilə yoxlayaraq seçmək lazımdır. Yetişmiş, faydalı maddələrlə dolu armudlar çox şirin ətrə malikdir. Eyni zamanda qeyd etmək lazımdır ki, armudlar evdə, otaq temperaturu altında çox yaxşı yetişir. Ona görə də siz onları dərhal yeməyə hazır deyilsinizsə, o zaman bir az yetişməmiş (bərk) meyvələr alın. Və təbii ki, meyvələr üzərində çürümə və zədə izləri olmamalıdır.
Almaları elə armudlar kimi seçmək lazımdır, ətrinə görə və əllə yoxlayaraq. Lakin yetişməmiş almalar evdə daha çox korlanacaq, nəinki yetişəcək. Bağban Lətifə Zeynalova "R+"a bildirib ki, həm almaları, həm armudları qurutmaq olar, amma vitaminlər orada dərhal yox olacaq. Yaşıl növlərdən olan almaları qurutmaq daha məsləhətlidir, armudun ən şirin növlərini isə (düşes tipli) isə təzə yemək yaxşıdır. Qurudulmuş halda onlar dadsız olur.