Unutqanlıq azyaşlı uşağın ölümünə səbəb oldu

Son güncelleme: 31.08.2014 19:59
  • Körpə bir neçə saat qapıları bağlanmış avtomobildə qalaraq dünyasını dəyişib.

    İsveçrədə valideynin məsuliyətsizliyi səbəbindən maşında unudulub qalan yaş yarımlıq uşaq ölüb.

    Valideynlərdən biri onu bağçaya verməli imiş, amma bunu etməyi unudub.

    Körpə bir neçə saat La-Şo-de-Fon avtodayanacağında qapıları bağlanmış avtomobildə qalaraq dünyasını dəyişib.

    "Valideynlər günün sonuna kimi bilmirdi ki, nə baş verib deyə yerli prokuror Mark Remi qeyd edib.
    Uşağın həlak olması faktı üzrə araşdırma aparılır.

    Prokurorluq İsveçrə mətbuatına hadisənin detalını bildirməkdən imtina edib.

    alıntı
#31.08.2014 19:59 0 0 0