Mənə bir bəhanə ver

Son güncelleme: 01.09.2014 23:31
  • Mənə bir bəhanə ver,
    Getməyim qalım deyə.
    Əvvəlki tək ürəkdən,
    Sevgilin olum deyə.

    Mənə bir bəhane ver,
    Qürurumu sındırım.
    Ağlım səndədi onsuz,
    Cismimi dayandırım.

    Mənə bir bəhanə ver,
    Günahını əhv edim.
    Sevib səhv eləmişdim,
    Qoy yenə səhv edim.

    Mənə bir bəhanə ver,
    Səmimi davranışla.
    Yapışıb əllərindən,
    De ki, məni bağışla.

    Mənə bir bəhanə ver,
    Sevincdən uçum göyə,
    Bəs etməsin mənə yer.
    Yanında qalım deyə .
    Mənə bir bəhane ver
    Mənə bir bəhane ver..

    alıntı
#01.09.2014 23:31 0 0 0