Sevilən kim idi sevən kim idi

Son güncelleme: 03.09.2014 11:22
  • Bir də qayıtmısan o günlər təki,
    Qəlbimdə sevdalar çağlaya yenə..
    Gözümdə o qədər alçalmısan ki,
    Daha nifrətim də heyifdir sənə!

    İndi siz tərəfə düşsə güzarım,
    Düşünmə mən səni anıb gəlmişəm..
    Ötən günlərimə düşüb yollarım,
    İtən günlərimə yanıb gəlmişəm..

    Rastlaşsan mənimlə dayanma, tez keç,
    Nə bir qıyğacı bax,nə də ki dillən.
    Sən məni bir daha xatirlama heç,
    O daş xatirəni yandira billəm..

    Sənli xatirələr ölsün deyirəm!
    Hərdən bir ox kimi bağrımı dəlir..
    O qədər yormuşam o yollari ki,
    İndi yollara da yazığım gəlir!

    Daha istəmirəm dillənib ürək,
    Bir də bu yollara "alış, yan" desin..
    Sevilən kim idi, sevən kim idi
    Qoy bizi həyatda tanıyan desin!

    alıntı
#03.09.2014 11:22 0 0 0