Yapon kişilər üzərində edilən bir tədqiqat axşam yeməklərindən sonra az yağlı süd qəbul etmənin sümük mineral sıxlığını artırıb osteoporozdan qorudyğu və Metabolik Sindromun risk faktorlarını azaltığını aşkar etmişdir.
Metabolik Sindrom, qarinda piylənmənin artımı, glükozaya dözümlülüyün pozulması, yüksək trigliserid, yüksək qan təzyiqi və aşağı HDL xolesterin olmasıdır.
Peşə seçimi köklüyə təsir edir.
Sidney Universitetində edilən bir tətqiqatda fərqli peşə qruplarındakı kişi və qadınların çəkiləri araşdırıldıqda, ən yüksək piylənmə nisbətinin ofis işçılərindəki kişilər və qadınlarda olduğu müəyyən olunmuşdur, çünki xüsusilə uzun müddət oturaq işlə çalışmaq məcburiyyətində qalan kəslərdə artıq çəkili olma riski olduqca yüksəkdir. Lakin bəzi peşələrdə, xüsusilə idarəçilər, boş vaxtlarında idman edərək və daha yaxşı bir düzgün qidalanma ilə bu vəziyyəti kompensassiya etməkdədir.
Anaların qidalanma vərdişi uşaq üzərində daha təsirlidir.
Yaponiyanın Kyoto Universitetində edilən maraqlı bir tətqiqatın nəticəsinə görə, anaların uşaqlarının bədən çəkisi indeksləri və ümumi xolesterin səviyyələri üzərində atalara nisbətən daha təsirli olduqları tapılmışdır. Və xüsusilə duz qəbulunu ailədən gələn bir vərdiş olduğu nəticəsi ortaya qoyulmuşdur.
Müntəzəm məşq edənlərin qidalanma şüuru və vərdişləri daha yaxşıdır.
Yenə Yaponiyada uşaqların sahib olduqları qidalanma vərdişləri ilə idman arasındakı əlaqə üzərinə araşdırma edilmiş və nəticə olaraq həftədə bir dəfədən çox olaraq edilən nizamlı məşqin səhər nahar etmə nisbətini artırdığı, sağlam yemək yemə vərdişini inkişaf etdirdiyini və çəkinin normallaşmasına bir başa təsir etdiyi tapılmışdır.
Soya yemək yaxşı nəticə verir.
Yapon qadınlarının soya yeməyi ile əlaqədar edilən bir işin nəticələri: soya tərkibindəki çoxlu doymamış yağ turşularınin yüksəkliyi, lif, vitamin və mineral kombinassiyası, aşağı doymuş yağ tərkibi və isoflavonlar olmasi ilə postmenopauza dövründə qadınlarda kardiovaskulyar riski azaltdığı ortaya çıxmışdır.