İblisin Adəm və Həvvaya vəsvəsə verməsi

Son güncelleme: 09.09.2014 12:59
  • “Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır" (əl-Bəqərə, 36).

    Şeytan onları naz-nemət və sevinc yurdu olan Cənnətdən çıxardıb yorğunluq və əzab-əziyyətlə dolu olan dünyaya enmələrinə səbəb oldu. Buna səbəb şeytanın onlara vəsvəsə etməsi olmuşdur. Uca Allah bu haqda buyurur:

    "Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız" (əl-Əraf, 20).

    O, dediyinə inandırmaq üçün: "Üstəlik onlara: "Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm"– deyə and içdi" (əl-Əraf, 21).

    Başqa bir ayədə isə belə deyilir: "Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" (Ta ha, 120).

    "Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: "Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?" (əl-Əraf, 22).

    Adəmin tövbəsi
    "Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir" (əl-Bəqərə, 37).

    Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Atanız Adəm uca xurma ağacı kimi, boyu altmış dirsək, saçı uzun, övrəti bağlı idi. Cənnətdə xəta edəndə övrəti açıldı. Adəm Cənnətdən çıxıb getdikdə qarşısına bir ağac çıxdı. Ağac onu tutub saxladı və Rəbbi ona: “Məndən qaçırsan, ey Adəm?”- deyərək xitab etdi. Adəm dedi: “Ey Rəbbim, Sənə and olsun ki, etdiyimə görə Səndən həya edib qaçıram”.

    Adəmin yer üzərinə enməsi
    “Biz dedik: "Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!" (əl-Bəqərə, 38-39).

    İnsan dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. Həmçinin, insan bu dünyada müsafirdir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Odur ki, Allaha iman gətirib yaxşı işlər görməklə müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin! “Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).

    alıntı


    https://www.main-board.com/islami-movzular/783409-cennetden-gelen-adam.html#post5163110
#09.09.2014 12:59 0 0 0