. Birinci qayda-Müntəzzəm qidalanın! ən azı gündə 3 dəfə
2. Sellüloza ilə (kletçatka) zəngin qidalardan, tərkibində nişasta çox olan qidalardan istifadə edin-kəpəki undan bişmiş çörək, paxla, noxud, mərci. Bu cür qida şəkərin sellüloza tərəfindən sorulmasını ləngitdiyi ücün qanda şəkərin az miqdarda artmasına səbəb olur.
3. Tərkibində şəkər olan ickilərin, şokoladların, şirniyyatların, bişintilərin istifadəsindən imtina etməli.
4. Sellüloza və vitamin almaq üçün çoxlu miqdarda tərəvəz və sutkada 300 qramdan artıq olmamaq şərtilə meyvə yemək lazımdır.
5. Tərkibində çoxlu şəkər olan quru meyvələri az miqdarda, sutkada 20qram olmaqla yemək lazımdır.
6. Yağların istifadəsinə nəzarət edin. Orqanizmə lazım olan kalorinin yalnız 10 faizi yağların hesabına odənilə bilər.Yağlar ürək xəstəliklərinə meylli olan diabetiklərin bu xəstəliyini artıra bilər.
7. Duzun miqdarını azaldın. Onun artıqlığı arterial təzyiqin artmasına səbəb olur.
8. Sutkada tünd spirtli içkilərin miqdarı 50-100 ml mümkündür. Yaxşısı isə spirtli içkilərdən tamamilə imtina etməkdir
9. Nışastalı və ya şəkərli qida məhsuları yəni şokoladlar, piroqlar, meyvələr, mürəbələr, kartof, ağ çörək qanda şəkərin miqdarını artırır. Normal vəziyyətdə balans mədəaltı tərəfindən ifraz olunan hormon-insulin tərəfindən bərpa olunur.
Beləliklə qidalanmanın əsas qaydaları sizə məlumdur və bunun əsasında özün üçün gündəlik rasion tə'yin olunmalıdır. Beləki, balanslaşdırılmış qidalanma özü özlüyündə müalicədə ən keyfiyyətli vasitədir. Tamamilə sübut olunmuşdur ki, səmərəli qidalanma bir çox xəstəliklərin müalicə və profilaktikasında cox əhəmiyyətli vasitə olub, diabetdə isə müalicənin başlıca faktorudur.
Qidaya yalnız enerji və ya karbohidrat mənbəyi və ya tikinti materialı kimi yox, həm də bioloji aktiv maddələr, vitaminlər, fermentlər, mikroelementlər mənbəyi kimi də baxmaq lazımdır.
Yuxarıda qeyd etdiyimiz kimi, qida yağlar, zülallar və karbohidratlar qarışığıdır.
Karbohidratlar əsas enerji mənbəyidir. Məsləhət görülür ki, aşağı qlikemik indeksli (yaxşı karbohidratlar) ərzaqlardan istifadə olunsun, beləki onlar tədricən həzm olunur və qanda şəkərin normal səviyyədə qalmasını təmin edir. Bütün karbohidratlar şəkərdirlər, lakin onlar ölçüləri və qida xüsusiyyətləri ilə fərqlənirlər. Təmizlənmiş və ya emal olunmuş ərzaqlar; konfetlər, bir çox alkoqolsuz içkilər, qənd qlukoza və saxaroza adlanan sadə şəkər mənbəyidir. Bu həddindən artıq kalorili olub, lakin az qidalıdırlar. Onların həddindən çox istifadə olunması insana böyük kalori verir ki, orqanizmdə onu istifadə edə bilmədiyi üçün, artığı piyə çevirir.
Mürəkkəb karbohidlatlar şəkərlər zəncirindən ibarət olub, bitki qidalarının tərkibində böyük hissəsi kraxmal yaradır. Bunlardan kartofu, makaronu, çörəyi, düyünü, həmçinin bir çox tərəvəzləri və paxlaları göstərmək olar. Həzm etmə prossesində mürəkkəb karbohidratlardakı şəkərlər zənciri sadə şəkərlərə parçalanır. Lakin mürəkkəb karbohidratlarla zəngin olan qida maddələri saxarozalı digər qida məhsullarından fərqli olaraq çoxlu vitamin və mineral duzlarla zəngindir, bəzən tərkibində zülallarda olur.
Yağlara gəldikdə isə bununda istifadəsinin öz qaydaları var. Tədqiqatlar göstərir ki, diabetli xəstələrə heyvani yağlardan istifadə məsləhət deyildir, lakin bitki yağlarını menyuya daxil etmək lazımdır. Lakin əgər siz artıq çəkidən əziyyət çəkirsinizsə, istənilən yağın miqdarını azaltmaq lazımdır.
Zülallar. Biz hamımız lazım olandan çox zülal istifadə edirik. Bu ət, yumurta, soyadır. Dietoloqlar belə hesab edilər ki, zülal bizim qidamızın 20%-ni təşkil etməlidir.