Insulin qəbul edən xəstələr üçün bütün qida məhsulları 3 grupa bölünür:
Birinci - Yeyirik, lakin ÇV hesablayırıq və yediyimizin migdarına nəzarət edirik.
Ikinci - Praktik olaraq istədiyimiz qədər yeyirik və ÇV hesablamırıq.
Ücüncü - Yemirik və yalnız hipoqlikemiyanı aradan qaldırmaq üçün istifadə edirik.
Yuxurıda qeyd etdiyimiz qida klassifikasiyasına əsasən hansı konkret ərzaqların hansı qrupa aid olduğunu təhlil edək: şirniyyat; un məhsulları və kaşalar; meyvə və giləmeyvələr; tərəvəzlər; süd məhsulları; ət və balıg məhsulları; alkoqollu içkilər; şəkər əvəz edicilər. Beləliklə 1-ci punkt - şirniyyat. "şirniyyat" anlayışı müxtəlif mənalar kəsb edir; bura təmiz şəkər, qlükoza ilə zəngin meyvələr, şirələr və şirin içkilər, mürəbbələr, kompotlar, konditer məhsulları - tortlar, pirojnalar, bişintilər, kremlər, kekslər, piroqlar, yoqurt, şirin pendirlər, dondurma və bütün növ konfetlər aiddir.
Bəzi şirin ərzaqlarin tərkibində yağlar (krem, şirin pendir, şokoladlar) vardır, bəziləri isə xəmirdən hazırlanmış un məhsullarıdır (tortlar və pirojnalar), üçüncu isə meyvələrdən hazırlanır (mürəbbələr, kompotlar, şirələr, limonadlar), dördünçü isə sadəcə olaraq - təbii şəkildə olan meyvə və giləmeyvələrdir (üzüm). Bütün bunları nə birləşdirir, pirojna, fanta və üzüm arasında ümümi nə vardır?
Orqanizm tərəfindən həddindən çox yüksək sü'rətlə mənimsənilən çox miqdarda karbohidratların qlükoza və saxaroza növü vardır. Sadə karbohidratlar çox tez müddətdə sorulur və 3-5 dəq. sonra qana keçir, beləki sorulma artıq ağız boşluğunda başlayır. Yuxarıda qeyd etdiyimiz kimi mürəkkəb karbohidratlar isə əvvəl mədəyə düşməli və mədə şirəsinin tə'siri altında sadə karbohidratlara çevrilməlidir; beləliklə onlar tədricən sorulur və müxtəlif növ ərzaqlar üçün sorulma sürəti müxtəlifdir. Sadə karbohidratlı ərzaqlar (başqa sözlə şirniyyat) diabetklərə məsləhət görülmür.
Lakin bu məhdudiyət ərzağın tərkibindəki yüksək səviyyədə şəkərin olması ilə yox, onun tərkibində "ani şəkərin" olması ilə əlaqədardır, çünki "ani şəkər" qanda qlükozanın səviyyəsini çox tez qaldırır. Bu məhdudiyyət eyni dərəcədə həm birinci, həm də ikinci tip diabetlərə aiddir, lakin bir halda; yəni hər iki tip diabetdə hipoqlikemiya halını aradan götürmək üçün istisna olaraq "ani şəkərli" ərzaqlardan istifadə edilir. Hipoqlikimiyanı aradan göturmək üçün istifadə olunan "ani şəkərli" ərzaq məhsulları aşağıdakılardır:qlükoza - həb və ya məhlul halında
üzüm, üzüm şirəsi, kişmiş
şəkər - qənd, şəkər tozu, karamel
şirin çay, limonad, pepsi, fanta
bal - tərkibində bərabər miqdarda qlükoza və fruktoza vardır
meyvə şirələri
kvas, pivə
Yəginki siz təəcübləndiz - tortlar, pirojnalar, şirin bişintilər, şokolad konfetlər, dondurmalar hanı? Məgər onların tərkibində "ani şəkər" yoxdur?
Sözsüz ki vardır. Lakin, əmələ gəlmiş hipoqlikimiyanın aradan götürmək nöqteyi nəzərindən bunların tərkibində "ani şəkər" yox, "sürətli şəkərdir" ki, bunların da tə'siri 3-5 dəqiqədən sonra yox, daha gec 10-15 dəqiqədən sonra başlayır. Əsas məsələ isə ondan ibarətdir ki, tortların, bişintilərin və şokoladların tərkibində saxarozadan başqa bol yağlarda var ki, onlar da sorulmanı ləngidirlər. Beləliklə əgər hipoqlikemiya əlamətləri güclüdürsə təmiz qlükoza və şəkər, üzüm, bal, şirələr, pivə, kvas işlətmək lazımdır.
Hipoqlikimiya əlamətləri zəifdirsə, onda aydın məsələdir ki, pirojna yemək olar, lakin ən yaxşısı 5 tikə qənd və bir dilim çörək və ya 3 peçenye yemək lazımdır. Peçenye, tort və ya kremli pirojna kimi yağlı deyildir və onun efekti daha yüksək olacaqdır. Beləlilə biz "qadağan olunmuş" şirniyatlara münasibəti aydınlaşdırdıq və məlum oldu ki, şirniyyat diabetklər üçün 2 kateqoriyaya bölünür "ani şəkərli" və sorulması yağlarla tormozlanan şəkərlər.