Un məmulatları və sıyıqlar. ÇV tə'yini. Un məmulatlarindan ən başlıcası - kobud uyudulmuş qara çövdar çörəyi və ya diabetiklər üçün tərkibinə yulaf əlavə edilmiş xüsusi çörəkdir. "Kərpic şəkilli" qara çörək götürək, 1 sm qalınlığında kəsək və alınmış hissəni eninə bölək. Bizim aldığımız çörək tikəsi 25 qr bərabərdir və onu çörək vahidi adlandırırlar (ÇV); 1 ÇV tərkibində 12 qr karbohidrat vardır. Tərkibində karbohidrat olan bütün ərzaqları müəyyən çəki olçüsündə bir ÇV bərabərləşdirmək olar. Beləki, müxtəlif çəkili müxtəlif ərzaqları, tərkibində 12 qr karbohidrat olması ilə bir çörək vahidi ilə qeyd etmək olar.
Aydın məsələdir ki, bu təqribi hesablamadır və təcrübəyə əsaslanır, lakin hər halda o bizi ərzaqların tərkibindəki karbohidratlara görə oriyentassiya edir. 3 nömrəli cədvəldə hər bir ərzağın bir çörək vahidində miqdarını öyrənmək olar. Bu cədvəlli çörək vahidinə görə əvəzetmə cədvəli də adlandırmaq olar. Ondan istifadə edərək biz qida qəbulu zamanı nə qədər ÇV qəbul etdiyimizə nəzarət edə bilər, insulinin dozasını qəbul etdiyimiz ÇV görə təyin edər və bunun qanda şəkərin səviyyəsinə necə təsir etdiyini yoxlaya bilərik. Beləliklə IAŞD üçün tərkibində karbohidrat olan ərzaqların həsablanması ən vacib şərtlərdən biridir və o qlükometr kimi vacib amildir.
Bu faktı dərk etdikdən sonra, biz çörək haqqında daha ətraflı danışaq. Bizə nə üçün qara çörək lazımdır? Baxmayaraq ki, ağ cörəyin bir dilimi eyni miqdarda qara çörəklə ekvivalentdir, lakin o qara çörək kimi dənəli və kəpəkli undan bişirilmədiyi üçün onun sorulması 10-15dəqiqədən sonra başlayır və sürətli gedir, nəticədə qanda şəkər kəskin qalxır. Biz qara çörək yeyiriksə şəkər 20-30 dəq. sonra yüksəlməyə başlayır və o daha rəvan gedir, beləki qara çörək mədə bağırsaqda daha gec - 2-3 saat müddətində həzm olunur. Beləliklə qara çörək tərkibində "tədrici şəkər” olan tipik ərzaqdır.
Bütün yarmalar (krupa) və onlardan bişirilmiş sıyıqlar - qarabaşaq, düyü, manna, darı, yulaf sıyığının tərkibində eyni miqdarda karbohidratlar vardır: 2 xörək qaşığı yayma 1 ÇV bərabərdir, lakin qarabaşaq, darı və yulaf yarmasının sorulma sürəti qara çörəklə eynidir, yəni tərkiblərindəki "tədrici şəkərdir". Manna sıyığı çoxda məsləhət deyildir, çünki o çox sürətlə sorulur, tərkibində demək olar ki sellüloza yoxdur. Buğda unundan hazırlanmış makaron və makaron məmulatlarının ÇV nəzərə almaqla istifadə etmək olar.