Udlaqarxası absess

Son güncelleme: 22.09.2014 00:24
  • Udlaqarxası absess - dərin udlaqarxası vəzlərin irinləməsi ilə müşaiət olunan xəstəlikdir. Udlaqarxası absesin səbəbi qripdə kəskin zökəmlik, difterik angina, skarlatinoz mərkəzi qulağın irinli iltihabı ola bilərlər. Südəmər uşaqlarda isə anada döş gəlməsi müəyyən rol oynaya bilər.

    Simptomlar və müalicə Xəstəlik qızdırma ilə (hərarət 38-39°С yüksəlir) başlayır, baş ağrıları, zəiflik, yuxusuzluq, iştahsızlıq olur. Tənəffüs çətinləşir, küylü, xırıltılı olur. Ayaq üstə dayandıqda udlaq asılı olur, boğaz yolunu bağlayır və tənəffüs çətinləşir. Danışmaq çətinləşir, səs burunda danışanların səsinə oxşayır. Udqunmaq ağrılıdır və mexaniki maneələrə görə çətindir.

    Öz-özünə açılan udlaq absesi tənəffüs yolunu tuta bilər, mexaniki təzyiqlə və ya çirkin axması ilə bronxopnevmaniya, ürəyin dayanması kimi ağır nəticələrə gətirib çıxara bilər.

    Diaqnoz

    Yüksək hərarət, ağrılı və çətin tənəffüs və udqunma. Ağız boşluğuna baxışda onun arxa divarının selikli qişasının qızarmasını, orta və ya kənarlarda olan şaraoxşar qabarmaları görmək olar. Differensiallaşmanı paratonzilyar abseslə aparmaq lazımdır.

    Müalicə

    Təcili hospitallaşma. Absesin cərrahi müdaxilə vasitəsilə açılması.

    alıntı
#22.09.2014 00:24 0 0 0
  • Udlaqarxası absess Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.
  • Plastik Gıda Ambalajı 22.09.2014 00:24