Google korporasiyası sentyabrın 25-də Google Play onlayn mağazasında proqram məhsullarının yayılması haqda razılaşmaya dəyişiklik edib.
Sənədə əsasən, indi Google şirkəti smartfon və istifadəçilərin planşetlərində quraşdırılmış tətbiqləri uzaq məsafədən silmək hüququna malikdir.
Əgər sizin məhsulunuz istifadəçi qurğusuna və ya məlumatlara zərər vuran elementlərə malikdirsə, Google məhsulu deaktiv etmək və ya proqramı qurğudan silmək hüququna malikdir – razılaşmada belə yazılıb