Sən həm mənim kədərim,
Sən həm də şadlığımsan.
Sən mənim əsarətim,
Həm də azadlığımsan...
Yoxsan...
Qəribə işdir
Qəlbim,
hissim,
düşüncəm,
Axı, oyaqdır mənim
Necə nəfəs alıram
Havam ki, yoxdur mənim?
Yoxsan...
Sən mənim üçün
Xoş arzularsan, demək,
Baharda qarsan, demək,
Qışda baharsan, demək.
Yoxsan...
sən mənim üçün
Daha çox varsan, demək.