Sevdim Səni

Son güncelleme:
  • Qış oldu, əlini soyuqdan aldım
    Yağdı yağış
    Könlünü kimsəsiz oyuqdan aldım
    Dondu baxış...
    Gözünü yollardan aldım
    Hardasa bir yerdə ilişib qalan
    Sonlardan aldım.
    Yığıb ürəyimin xatirəsinə,
    Səni gözəl andım Sevgilim..
    Bahar bildim gülüşünün səsini
    Ömür bildim Ahh çəkdiyin hər qəmli nəfəsini
    Bu qədər sevdim səni...
    Özümdən bir aləm düzəltdim ki sən,
    Ocağın köz kimi qızdığını gör
    Səni bu aləmdə qismətin əli,
    Bir dəli sevgiyə yazığını gör.
    Ömrün illərini biz bircə bircə
    Yandırıb oduna qızındıq sənlə
    Sabahı bu günlə yaşayıb getdik
    Bu şirin dəmlə
    Bir ovuc gülüşlə yudu üzünü
    Dəli ürəyimdə yatan arzular
    Sənə çatan arzular.
    Bu qədər sevdim səni...
    Fikrimi yol edib sərdim dünyaya
    Yolların arzumdan özümdən keçdi
    Könlümün içində nələr yaşadım
    Hər ötən anımız dözümdən keçdi
    İnada inad!
    Xəyalın özündən yaratdım səni
    Ayrı gecələrdə danışa bildik
    Bir mən varın idim bir də xəyal sən
    Küsülü günlərdə barışa bildik
    Xəyal ilə mən
    Ümüd ilə sən
    Bu qədər sevdim səni
    Yarandıq həyatın ağrılarından
    Köçüb ürəyimdən boylana, baxa
    Qurtulduq amansız doğrularından
    Sənə bir torpaq oldum bir dəki səma
    Yaşaya bilmədin bilmədin amma
    Divanə eşqinin köləsi oldu
    Gün deyil ay deyil biləsən gülüm
    Sevdalar ölkəsi oldu...
    Bu qədər sevdim səni

    alıntı
0 0 0