Evdə Manikür Etmək

Son güncelleme: 21.10.2014 20:32
  • Manikür salonlarında sıxılırsanız ya da zaman ayıra bilmirsinizsə manikürünüzü evdə özünüz etmək heç çətin deyil. TV qarşısında ya da musiqi dinlərkən ayıracağınız 20-30 dəqiqə içində mükəmməl bir manikür edə bilərsiniz. Necə mı ?

    Əvvəlcə dırnaq diblərinə yumşaldıcı krem sürtün .
    Isti suya bir neçə damla şampun və yarım limon suyu əlavə etdikdən sonra əllərinizi 2-3 dəqiqə bu suda gözlədin.
    Daha sonra dırnaq diblərindəki ətləri kəsin . Səthdə qalan ölü toxumanı alın.
    Dırnaqlarınızı , əllərinizə krem ilə birlikdə masaj edin. Əvvəl dırnaq qoruyucusu , sonra da lak sürtərək manikürünüzü tamamlayın.
    Dırnaqlarınızı yonduqdan sonra eyni uzunluqda olduqlarından əmin olmaq üçün hər bir Dırnağınızı digər əlinizlə müqayisə edin .
    Oje şüşəsini silkələməyin. Bunun yerinə şüşəni iki ovucunuzun arasında çevirin . Bu , şüşənin içində hava qabarcıqları meydana gəlmədən ojenizin qarışmasını təmin edəcək.
    Dırnaqlarınıza lak sürmədən əvvəl , bir pambığı asetonla isladıb , pambığı dırnaqlarınıza sürtün. Beləcə lakı dırnaqlarınızdan dərhal çıxmaması üçün dırnaqlarınızdan olan yağ və çirk təbəqəsini təmizləmiş olacaqsınız.
    Dırnaqlarınıza lak sürərkən , lak fırçasını baş və orta barmağınızla tutub , işarə barmağınızla fırçanın üst qisimini dəstəkləyin .
    Ən yaxşı nəticə üçün incə təbəqələr tətbiq edin. İncə bir astar təbəqəsiylə başlayın. Daha sonra ojeyi dırnağınızın ortasından başlayaraq , əvvəl sağ sonrada sol tərəfinə sürün . İlk təbəqə quruduqdan sonra , eyni sıranı izləyərək son təbəqəni tətbiq edin.
    Manikürünüz tamamlandıqdan sonra , asetona batırdığınız bir manikür çubuğuyla çox lakıi təmizləyin. Lakınızın daha sürətli quruması üçün soyuq ayardaki saç qurutma maşınınızı bir neçə saniyə dırnaqlarınıza tutun .

    alıntı
#21.10.2014 20:32 0 0 0