Utanmır

Son güncelleme: 30.10.2014 14:37
  • Doğrunun yerini tutan yalanı
    Eşidən utanır, deyən utanmır.
    Geyim də pay gəlir rüşvət alana,
    Gətirən utanır, geyən utanmır.

    Özünə göz yumur deyir özgədən,
    Arvadı, uşağı geyir özgədən,
    Evində çörəyi yeyir özgədən,
    Yedirən utanır, yeyən utanmır.

    Cılızlar özünü oxşadar şirə,
    Tənqid əvəzinə başlar təhqirə,
    Bir də görürsən ki, çox nahaq yerə
    Söyülən utanır, söyən utanmır.

    Olsa idarədə müdir qərəzkar,
    Doğruluq üstündə müsibətin var.
    Həqiqət aranıb olanda aşkar
    Döyülən utanır, döyən utanmır.

    Söz versən meydanda əgər yaltağa,
    O nə sola baxar, nə də ki, sağa,
    Neyçünsə, kimisə, bənzədər dağa,
    Öyülən utanır, öyən utanmır.

    Müəllif: Rüfət Əhmədzadə

    alıntı
#30.10.2014 14:37 0 0 0