Təəssüfki düzdür

Son güncelleme: 30.10.2014 14:44
  • Həyatda dostunu atan insanlar
    Çatlarda dost gəzir-dost axtarırlar
    Boşanıb ərindən tənha qalanlar
    Ayrılmaz sevgidən-eşqdən yazırlar.

    Sosial şəbəkədə artıb mələklər
    Arvadı döyənlər hədislər yazır
    Qızları aldadıb-kələk gələnlər
    Şəklinin altından vəfalı yazır.

    Virtual məhəbbət-sevgi sözləri
    Şairin alqışı bəyənmək olub
    Burda görmək olar hər gözəlləri
    Qırx yaşlı çirkinlər Jennifer olub.

    Dostluq at blokda qoyublar deyir
    İnboxda yazışaq kimsə bilməsin
    Profil tərəfdən giriblər deyir
    Acik şəklimə kimsə söyməsin.

    Qrupda verilir səy-səy suallar
    Qızların üstündə dava salan var
    Özgənin şəklinə uyub oğlanlar
    Evlənmək təklifi belə edən var.

    Virtual tanışlıq bəzən baş tutur
    Evlənib ailələr quranlarda var
    Oğlan var bir gündə beş balıq tutur,
    Erli arvadları boşandıran var.

    alıntı
#30.10.2014 14:44 0 0 0