Keçmiş zamanlarda atları çox sevən və eyni zamanda ağıllı bir adam vardı. Bu adam günün birində öldü. Ondan 19 cins at qaldı. Adam vəsiyyətində atlarının yarısının oğluna, dörddə birinin sədəqə olaraq kasıblara, beşdə birinin də nökərinə verilməsini istəyirdi.
Kəndin yaşlıları işin içindən çıxa bilmədilər. 19 atın yarısını adamın oğluna necə verəcəkdilər? Oğula 9 at versələr, geriyə qalan atı ikiyə bölə bilmədiklərinə görə bu vəsiyyəti necə yerinə yetirəcəkdilər? İki həftədən çox bir zamanda bu işin üzərinə düşündülər, amma bir çıxış yolu tapa bilmədilər. Sonra qonşu kənddə yaşayan müdrikin yanına gedib ondan kömək istəməyə qərar verdilər.
Müdrik adamlar gələndə atının üzərində gəzintidə idi. Onlara necə kömək edə biləcəyini soruşdu. Onlar da ölən adamın vəsiyyətini izah etdilər: 19 atın yarısını oğluna, dörddə birini kasıblara, beşdə birini də nökərə vermələri lazım idi, amma bunu bacarmırdılar.
Müdrik problemi dərhal həll edəcəyini söylədi. Birlikdə kəndə getdilər. Müdrik 19 atı yan-yana düzdürdü. Sonra ən başa öz atını gətirib sıraya daxil etdi. İndi atların sayı 20 olmuşdu. Daha sonra atların yarısı olan 10 atı adamın oğluna verdi, dörddə biri olan beş atı sədəqə olaraq kasıblara vermək üzrə kənara ayırdı. Beşdə bir olan dörd atı da nökərə verdi. Beləcə vəsiyyətdə paylanması lazım olan atların sayı 19 oldu. Geriyə qalan iyirminci at da onsuz da öz atı idi.
Müdrik bu bölüşdürmə əməliyyatını kəndin yaşlılarının qibtə və heyranlıq dolu baxışlarının altında etdikdən sonra bunları söyləyib oradan uzaqlaşdı:
"Ümid edirəm, bu vasiyyətlə sizə verilmək istənən mesajı anlamısınız. Gündəlik həyatımızda, qarşılaşdığımız hadisələrə Allahın adını da qatmaq, o işi Onun adıyla gerçəkləşdirməyimiz lazımdır. İlk baxışda içindən çıxılmaz kimi görünən bütün gündəlik problemlərimizə Allahın adı ilə yaxınlaşsaq, bu vəsiyyətin yerinə yetirilməsi kimi dərhal həll edilər. Qarşılaşdığımız problemlərə Allahın adı ilə həmsöhbət olduğumuzda, temperaturun buzu əridib əvvəl suya, sonra da buxara çevirməsi kimi, problemlərimiz əriyər, buxarlanar."
Müqəddəs, Mərhəmətli Allahı unutmayaq, hər halmıza şükür edək!