Bilməzsən

Son güncelleme: 09.11.2014 14:41
  • Tərk etməz sevgilər məni,
    Diləyənlər dilər məni.
    Bilənlər ki, bilər məni.
    Eh, çox da ki, çoxu bilməz.

    Neynim, qara günnüm, neynim,
    Laylam, neynim, ninnim, neynim.
    Ay sevgili könlüm, neynim,
    Gözlərin heç yuxu bilməz…

    Mələkmisən, fələkmisən,
    Nə dərmisən, nə əkmisən.
    Cocuqmusan, bəbəkmisən,
    Varı bilməz, yoxu bilməz.

    Baxma buna piy götürüb,
    Çiy bişirib, çiy götürüb.
    Bu dünyanı iy götürüb,
    Bu adam heç qoxu bilməz?

    alıntı
#09.11.2014 14:41 0 0 0