-Sağ əllə üzü alının tük bitən yerindən çənənin axırına qədər və eni baş barmaqla orta barmaq məsafəsində üzü aşağı yuyulmalıdır.
2-Sağ əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.
3-Sonra sol əl dirsəkdən barmaqların ucuna qədər yuyulmalıdır.
4-Sağ əldə qalmış suyun nəmliyi ilə başın hər hansı bir tərəfinə uzunluğu bir barmaq və eni 3 bitişik marmaq məsafəsində çəkilməlidir.
5-Sağ əllə sağ ayağın barmaqlarından yuxarıya doğru məsh çəkilməlidir.
6-Sol əllə sol ayağın barmaqlarından yuxarıya doğru məsh çəkilməlidir.
Dəstəmazı batil edən amillər
Aşağıdakı amillər dəstəmazı batil edir:
1-Bövl etmək. (Biçik bayıra çıxmaq)
2-Qait. (Böyük bayıra çıxmaq)
3-Qaitin məxrəcindən xaric olan mə’də və ya bağırsağın yeli.
4-Yatmaq. (gözün görmədiyi, qulağın eşitmədiyi yuxu. Əgər göz görməsə amma qulaq eşitsə? dəstəmaz batil olmaz.)
5-Ağılı aradan aparan şeylər. (dəlilik? məstlik? huşdan getmə və s. kimi)
6-Qüsul alması lazım olan işlər.
Təyəmmüm
Suyun olmadığı? azlığı? və ya suyu tapmaqdan ümidsiz olduğu? zərər ya xəstəliyə səbəb olacağı və ya susuzluq və ölüm təhlükəsi olduğu hallarda namaz qılmaq üçün təyəmmüm alınmalıdır.
Təyəmmümün şərtləri
1-Su olan yerdə təyəmmüm batildir.
2-Təyəmmüm edərkən məsh yerləri pak olmalıdır. Əgər suya çəkmək mümkün olmasa eləcə də təyəmmüm etməlidir.
3-Dəstəmazı batil edən şeylər təyəmmümü də batil edir.
4-Təyəmmüm edərkən tərtib və ardıcıllığa riayət olunmalıdır.
5-Qəsdi – qürbət (qürbətən iləllah) niyyəti olmalıdır.
Təyəmmümün qaydası
1-"Təyəmmüm edirəm qürbətən iləllah” İki əlin içini təyəmmüm səhih olan (torpağa, quma, kəsəyə, daşa və bu kimi şeylərə) vurmaq lazımdır.
2-Hər iki əl alının tük bitən yerindən qaşların və burunun üzərinə qədər çəkilir.
3-Sol əlin içi sağ əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.
4-Sağ əlin içi sol əlin biləyindən barmaqların ucuna qədər çəkilməlidir.