Azərbaycan - Norveç Oyununun Fasiləsi

Son güncelleme: 15.11.2014 11:08
  • Azərbaycan – Norveç oyununun fasiləsində müsabiqə keçiriləcək.

    AFFA-nın təşəbbüsü və Norveçin “StatOil” şirkətinin sponsorluğu ilə noyabrın 16-da, saat 21:00-da, 8-ci klometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - Norveç oyununun fasiləsində azarkeşlər üçün müsabiqə təşkil olunacaq.

    AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, fasilədə peşəkar qapıçı topu tribunaya atacaq və topu tutan şəxs müsabiqədə iştirak etmək şansı qazanacaq.

    Penalti vurmaq şansı əldə edən azarkeş 3 fürsətdən 2-ni dəqiq yerinə yetirəcəyi təqdirdə qalib hesab olunacaq və milli komandanın forması əldə etməklə yanaşı gələn ilin iyunun 12-də baş tutacaq Norveç – Azərbaycan qarşılaşmasında iştirak etmək hüququ qazanacaq.

    Qeyd edək ki, təyyarə və oyun bileti, oteldə 1 gecə qalma və viza xərci “StatOil” şirkəti tərəfindən ödəniləcək.

    Müsabiqənin şərtləri:

    1) Qapıçı topu tribunaya yalnız 1 dəfə atacaq;

    2) Müsabiqədə iştirak etmək üçün qapıçının atdığı topu tutmaq;

    3) Qapıçının qoruduğu qapıya 3 fürsətdən ən azı 2 qol vurmaq;

    alıntı
#15.11.2014 11:08 0 0 0