Google sözünün mənası nədir?

Son güncelleme:
  • Yəqin "Google" şirkətinin yaradıcılarını tanıyırsınız. Bu Larry Page və Sergey Brindir. Bu saytı yaratmamışdan əvvəl dostlar minə yaxın ad fikirləşirlər. Larrynin dostu olan Sean Anderson ona Googolplex adını təklif edir.

    Googolplex 10 üstü 100, yəni, 1-dən sonra 100 dənə sıfır olan rəqəmdir. Bu sayı 10 üstü bir googol olaraq da ifadə edilə bilir: 1googol = 10 üstə 100

    Larrynin bu ad çox xoşuna gəlir və adı sayt üçün qısaltmaq qərarına gəlir. Lakin sözün düzgün yazılışını bilmədiyindən saytı googol.com yox, google.com adı ilə qeydiyyatdan keçirir.

    Google-nin bu termini istifadə etməsi şirkətin dünyadakı bütün məlumatı təşkil etmə missiyasıdır.

    Google 1998-ci ildə 25 milyon dollar sərmayə ilə Larry Page və Sergey Brin tərəfindən qurulmuşdur. Şirkətin ətrafında minlərlə insan çalışır.

    Google hazırda dünyanın ən güclü axtarış sistemidir. İndi hərf səhvi nəticəsində yaranmış şirkətin sərmayəsi 200 milyard dollardır.

    alıntı
0 0 0