Uşaqlığım Gəncliyim Ahıllığım

Son güncelleme: 21.11.2014 19:32
  • Uşaqlığım,
    Gəncliyim,
    ahıllığım – eynimi?!
    Yox, hər biri başqadır, bir-birinə yad kimi
    Gələn qovur gedəni.
    … Inkar edir mən, məni…
    Ömrün hər pilləsində başqalaşır təbimiz,
    Dünyada məqsədimiz, dünyadan tələbəmiz.
    Vaxt məni pərvanətək başına dolandırır,
    Dünən qanmadığımı bu gün mənə qandırır.
    Kim döşünə döyər ki,
    Mən vahidəm, mən birəm!
    Bircə bunu bilirəm: mən güclüyəm, qadirəm.
    Mən gücsüzəm, acizəm təkcə vaxtın əlində.
    Ömrün o sahilinə əlim yetə bilməyir.
    Ömrün bu sahilində.
    Hanı gözümün nuru,
    Hanı qəlbimin qoru!
    Kimdir udan, uduzan zaman ilə arzunun
    əbədi yarışında!
    Saçımın ağlığında, alnımın qırışında
    Zaman necə at çapır, yüyəni öz əlində.
    Oğulsansa, tap görək, kimdir atın belində!
    Mən öz azadlığıma tanrı dedim, haqq dedim
    Bir hökmə, bir fərmana mən başımı əymədim
    Amma baxtın dalinca
    Ömrüm boyu qul kimi necə sürünmüşəm mən,
    Qolumdakı saatın quluna dönmüşəm mən.
#21.11.2014 19:32 0 0 0