Qarın bölgəsində yağlanma dəri sallanmasına səbəb olur

Son güncelleme: 23.11.2014 00:02
  • Məlumata görə qarın bölgəsində çox yağlanma dəri sallanmasına səbəb olur. Bu da zamanla insan orqanizmində müxtəlif ağrıların olmasına şərait yaradır.
    Bədən deformasiyaları isə gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərdiyindən bəzi hallarda estetik əməliyyatlara ehtiyac duyulur.

    Bu cür əməliyyatlar sayəsində belə yaranan qüsurları və sağlamlıq problemlərini ortadan qaldırmaq olur.

    Onuda qeyd etmək lazımdır ki, qarın bölgəsində yağlanma, bel bölgəsində ağrı yaratmaqla bərabər hərəkətə də təsir edir. "Liposuction" əməliyyatından sonra isə adam rahat hərəkət edə bilən hala gəlir. Həmçinin bu əməliyyatı keçirmiş insanlarda uyğun paltar tapa bilməmə problemi ortadan qalxır.

    Edilən araşdırmalarda isə gözəl qadınlar və kişilərin karyera həyatında daha müvəffəqiyyətli olduqları müəyyən olunmuşdur.

    Türkiyəli mütəxəssis Op. Dr. Ayşegülün müsahibəsindən aydın olur ki, özünə inam xarici görünüşlə əlaqəli bir vəziyyətdir. Psixologiya elminə əsasən "bədəniylə barışıq olmayan adam özü ilə də barışıq deyil" deyə qeyd edib. Bu baxımdan daxili və xarici gözəlliyə fikir vermək, sağlam yaşamaq və ehtiyac olduqda isə effektiv əməliyyatlara (estetik və s.) müraciət etmək lazımdır.
#23.11.2014 00:02 0 0 0