Sadə piroq resepti

Son güncelleme:
  • Tərkibi:



    2 stəkan pəsok
    2 yumurta
    1 alma
    1stəkan qatıq
    3 stəkan un
    yarım stəkan duru yağ
    1 ovuc kişmiş
    kakos
    qabartma tozu
    soda

    Hazırlanması:



    Əvvəlcə almanı xırda doğrayıb azca pesok vurub suyunu sıxırıq. Sonra bir qaba unu, pesoku, yağını töküb əllərimizlə ovuruq umac halına saldıqdan sonra kişmiş, alma, azca kakos dənələrini vururuq. Qatığın içinə sodanı töküb çalaraq yavaş-yavaş ərzaqların içinə vurub yoğururuq. Tam hazır olan ərzaqları yağlanmış listə töküb üzərinə yumurta ağını çəkərək kakos dənələrinidə əlavə edib sobaya bişməyə qoyuruq. Üzü qızardıqdan sonra kirbit dənəsi ilə yoxlamaq olar kirbit dənəsi quru olarsa deməli hazırdır.

    Nuş olsun!

    alıntı
0 0 0