Sami Yusif azərbaycanlılar üçün oxuyacaq

Son güncelleme:
  • Azərbaycan əsilli məşhur britaniyalı bəstəkar-müğənni Sami Yusuf gələn il Təbrizdə azərbaycanlılar üçün konsert verəcək.

    Sami Yusuf bu barədə İran mətbuatına açıqlamasında deyib.

    O, yanvarın 30-da İrana səfər edəcəyini və fevralın 1-də Tehranda ilk konsertini verəcəyini bildirib.

    Sami Yusuf İranda bir neçə ziyarətgaha gedəcəyini də açıqlayıb.

    O, İranda ikinci konsertinin olacağını da bildirib:

    “Öz istəyim əsasında ikinci konsertim Təbriz şəhərində olacaq və fevralın 4-də Təbrizdə Azərbaycan türkləri üçün səhnəyə çıxacağam”.

    alıntı
0 0 0