Özünüzə hörmət qoy hərkəs özüdür

Son güncelleme: 29.11.2014 00:18
  • — Sən kimsən?
    + Mən yaxçı oğlanam. Əlimdə təsbeh söybət həll edirəm.

    — Sən kimsən bəs?
    + Mən cool ərgənlərdən. Əlimdə kitab Yer6da fırlanıram. Halbuki o kitabın mənasını bilmirəm. Məqsəd qız tutmaqdı.

    — Bəs sən kimsən?
    + Hərşeydən narazı ölkədən qaçmaq istəyən biri. Mən ancaq qınayıram. Mübarizə aparmağa gəldikdə isə yox. Mənlik deyil. Mən siyasətə qarışmıram.

    — Bəs sən?
    + Mən yolda gördüyüm hər qıza söz atan «oğlan». Başqa yerdə namusdan dəm vururam, amma günümü Malakan bağında keçirdib öz aləmimdə «babniklik» edirəm.

    + Sən bəs?
    + Çoxları belə oldu deyə məndə belə oldum. Nəm deyirlər guya cool olursan. Bilmirəm. Toyda kababdan basıb yeyirəm, amma sözdə heyvan haqqlarından dəm vururam.

    + Sən?
    — Mən isə bu boyda insanın ağıllı və sağlam düşüncəyə malik olmasını istəyən bir yazıq. Millətinin bu vəziyyətinə baxıb, yanıb-tökülən yazıq. Qadına, qıza söz atan bəzi gənclikdən iyrənən yazıq. Mən buyam. Bu.

    alıntı
#29.11.2014 00:18 0 0 0