Son görüş

Son güncelleme: 29.11.2014 00:24
  • Bu da son görüş…
    Çatdı nağılın sonu.
    Beləcə
    bitirdik bu oyunu.
    Günlərimiz sevmək ilə ötüşdü,
    indən belə
    girmə mələk donuna.
    Göydən üç alma düşdü
    bu yarımçıq
    şeirimizin sonuna
    üç nöqtə kimi…

    Sonbahar ovqatlı adamların
    bir-bir çəkilib getdiyi
    soyuq kafenin bir küncündə,
    olumla ölümün tən ortasında
    oturub.
    Çəkdiyi siqaretlərin kötükləri
    dərdlərinin altını körükləyir.
    Ruhu tüstüyə dönüb
    siqaretlərin canından çıxır…
    Gözlərini bir nöqtəyə zilləyib
    eləcə baxır

    içir…
    O nöqtənin arxasından,
    kafenin qarşısından isə
    gözəl bir qız keçir

    alıntı
#29.11.2014 00:24 0 0 0