Nə yalan deyim sevə bilmədik

Son güncelleme:
  • Biz ayrı dünyanın insanlarıydıq,
    Bəlkə də bu üzdən heç qovuşmadıq
    Uzaqdan bir-birnə baxıb qalırdıq,
    Qürurmuz qoymurdu yaxınlaşaq heç...

    İllər çox ötsə də, yenə uzaqdıq,
    Nə mən danışırdım, nə sən dinirdin
    Biz elə bir-birnə baxıb qalırdıq
    Susdun sən, beləcə məni itirdin...

    İçimdə bu sevgi nifrətə döndü,
    Sevginin alovu içimdə söndü
    Düşmənlər sevincdən bizə gülürdü
    Səninsə gözündən yaşlar axırdı...

    Bilirəm, məndə də günah varıydı,
    Mənim də qürurum qoymurdu məni
    Mənim də qəlbimdə eşq yarasıydı
    Dərmanı yox idi mənim dərdimin...

    Sən özün-özünü sevdirdin mənə,
    Və özün qaçırdın hər dəfə məndən
    Uzaqdan nə deyə bilərdim sənə?
    Axı sən qaçırdın hər dəfə məndən?

    Sən qaçdın, beləcə mən də yoruldum,
    Dedim ki, dincəlim, bir az oturdum.
    Qalxanda ayağa daha yoxdun sən,
    İtmişdin sən daha mənim gözümdən...

    Nə qədər danışsam faydası yoxdu,
    Səndə də varıydı günah mənimtək
    Gördü qovuşmuruq, sevgi yoruldu,
    Qaçdı o uzağa əsən küləktək...

    Necə ki, küləyi tutmaq olmur heç,
    Biz də sevgimizi tuta bilmədik...
    Bİz peşman olsaq da , gec idi, çox gec...
    Bu üzdən geriyə dönə bilmədik...
    Nə yalan deyim ki, Sevə bilmədik.

    alıntı
0 0 0