Mən qocalmaq istəmirəm

Son güncelleme:
  • Mən qocalmaq istəmirəm

    Mən qocalmaq istəmirəm,
    Qoy qocalar inciməsin.
    Bircə yaşlı göstərin ki,
    Cavanlaşmaq istəməsin…

    Qocalığı dadmasam da,
    Mən qocalmaq istəmirəm.
    Qulluğumda duran kəsə,
    Borclu qalmaq istəmirəm…

    Atam məni danlasa da,
    Deyinsə də, danışsa da.
    Mən qocalmaq istəmirəm,
    Ağ saç mənə yaraşsa da.

    Düzgün olsa, olmasa da,
    Hisslərimi gizləmirəm.
    Əzizlərim qocalsa da,
    Mən qocalmaq istəmirəm

    Elkin Kərimli

    alıntı
0 0 0