De niyə bu qədər soyuqsan Bakı?
Olmaya sevdiyin tərk edib səni
Bu yüzdən küləklər hakimdir sənə
Bu yüzdən qar-boran sakindir sənə...
Sən niyə hər axşam susursan Bakı?
Nədən gözyaşını gizlədirsən ki?
Nədən hayqırmırsan,susursan nədən?
Nədən de qovmursan bu axmaqları?
Günlər hey ötdükcə qonağın artıq
Özünsən yenə də tənhasan elə
Bu qədər qorxmasan,gətirsən dilə
Çəkdiyin acılar,dərdlərini sən...
Susursan hələ də sükut qonağın
Deyəsən küləklər dostun qardaşın
O sənin yerinə hayqırır hər gün
Istəmir bəlkə də çəkəsən zülüm..
Islanır boz kütlə yağış yağanda
Deyinir,sevmirlər yağışı Bakı,
Bəlkə də o yağış gözyaşlarındır
Içini sıxan o acılarındır
Susma dur,qalx daha danışaq dinək,
Içində saxlama nolar dərdini
Dərdinə şərikəm danış dinləyək
Saxlama içində o kədərini
Sadəcə adın var,özünsə yoxsan
Dur hayqır görsünlər, bilsinlər sağsan!
Get gedə sussan sən,zilə qalxmasan
Boğduqca boğacaq bu kədər səni
Dur qışqır,denən ki buraxın məni...
Yaraşmır susqunluq,yaraşmır sənə
Gözyaşın var idi yollarda yenə
Külək də əsirdi,şərik dərdinə
Son sözüm...burdayam hər zaman Bakı...
Şərikəm Küləktək sənin dərdinə.!.