Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 24 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Bir ana görmüşəm kaş görməyəydim
Bir ana görmüşəm kaş görməyəydim
147
Son güncelleme:
05.12.2014 12:12
BiR-DOST
Bir ana görmüşəm saçı ağ idi,
Ürəyi çox incə, dərdi dağ idi.
Arzuları sönük, ümid sağ idi,
Bir ana görmüşəm, kaş görməyəydim.
Bir ana görmüşəm, sözü çox idi,
“Oğlum” dilindəydi, özü yox idi.
Zahirən dilənçi, gözü tox idi,
Bir ana görmüşəm, kaş görməyəydim.
Bir ana görmüşəm kəlməsi fəryad,
Yoxdur bir kimsəsi, hamı olub yad.
Köksünü yandırır tək qoyduğu ad,
Bir ana görmüşəm, kaş görməyəydim.
Bir ana görmüşəm, o, güman əkir,
Oğlunun surətin sözüylə çəkir.
Özgə uşaqlara hey sığal çəkir,
Bir ana görmüşəm, kaş görməyəydim.
Bir ana görmüşəm, qənim özündən,
Ağlayır, qurtarmır yaşı gözündən.
Deyinir hər kəsə, bezib sözündən,
Bir ana görmüşəm, kaş görməyəydim.
Bir ana görmüşəm, hədərdi sonu,
Acizdir, bilməyir haradır yonu.
Yalvarıram, Ya Rəbb, Sən qoru onu,
Bir ana görmüşəm, kaş görməyəydim.
alıntı
#05.12.2014 12:12
0
0
0
Önceki Konu:
Salam Ayrılıq
Sonraki Konu:
2015.ci ildə hansı bürclər varlanacaqlar?
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma