Hündürdaban ayaqabılar ayağa ziyandır

Son güncelleme:
  • Gözəl və şux görünmək üçün geyilən dar, sivri burunlu və hündürdaban ayaqqabılar, xüsusilə, 40 yaşdan sonra qadınların ayaqlarında sümük çıxıntısına səbəb olur Yüksək dikdaban ayaqqabılar baldırda, dizdə və ayaq barmaqlarında böyük ziyana yol aça bilir.

    İngiltərədə Ayaq Qulluq və Ayaq Xəstəlikləri Dərnəyinin araşdırmasına görə, dikdaban ayaqqabıların baldırda, dizdə və ayaq barmaqlarında təzyiqi artıraraq ziyana yol açdığı bildirilib.

    Dərnəkdən Mike O'Neill, "Dikdaban ayaqqabılar bədən tarazlığını önə itələyir. İnsanın bədən tarazlığını dəyişdirməsi, onurğa sütununa və sinirlərinə çox əhəmiyyətli ziyanlar verə bilər" deyə danışdı. O'Neill, 3, ya da 4 santimetr topuğun uyğun olduğunu, 7.5 santimetrdən daha yüksək topuqların isə zərər verdiyini vurğuladı.

    Bəzi psixoloqlar belə düşünürlər ki, xanımlar kişilərin diqqətini cəlb etməkdən ötrü gözəl görünmək istəyirlər.
    Mən hardasa 50% bununla razılaşmıram, amma təqdim etdiyim mövzu bununla əlaqəli olmadığı üçün keçək əsas məsələyə.

    Hündürdaban ayaqqabılar - vertikal dayaq olaraq ayaq hissədə dabanı pəncəyə nisbətən yuxarı qaldıran çəkmə hissəsidir. Hündürdaban çəkmələr ilk dəfə XVII əsrdə görünməyə başladı.Dikdabanlı çəkmələr - boyu vizual olaraq artıraraq xanımları qamətli göstərir.

    Lakin həkimlər dəfələrlə təkrar edirlər ki, dikdaban insan orqanizminə ziyandır. Məsələn, varikoz genişlənmə, onurğa sütunun əyriliyi və s.

    Nə üçün xanımlar ziyanlı cəhətini bilə-bilə bundan istifadə edir?
    Doğrudanmı, bayaq qeyd etdiyim psixoloqlar haqlıdırlar?

    alıntı
0 0 0