Bir baxışın atəşinə tutuldum
Dəniz oldum calxalandım duruldum
Yerişinə duruşuna vuruldum
Bihuş oldum yaddan cıxdı sonrası
Görən budu eşqin sevgi dünyası
Eniş yoxuş görünmədi gözümə
Zəhər dedi bal göründü gözümə
Addım atdım düşdüm onun izinə
Məcnun qaldı məndən gendə qadası
Görən budu eşqin sevgi dünyası
Fikirləşdim nələr gəldi ağlıma
Yazdım onu yaddaşıma ağlıma
Zalım qızı rəhm etmədi halıma
Yaman cətin imiş eşqin cəfası
Görən budu eşqin sevgi dünyası
Ay oxuyan hərdən belə yazıram
Deməyin ki,artıq yolumu aziram
Saf sevgiyə can qoymağa hazıram
Seymur coxdu məhəbbətin ədası
Görən budu eşqin sevgi dünyası