Pojarski kotletləri resepti

Son güncelleme: 08.12.2014 15:48
  • Bu reseptin tarixini XIX əsrlə bağlayırlar. Bir neçə versiyası var. Onlardan birinə görə, Böyük Knyaz kraf Pojarskiyə qonaq gəlir. Həmin vaxt qrafın mətbəxində mal əti olmadığından, o, aşpaza quş ətindən kotlet hazırlamağı əmr edir. Sonradan da kotletləri onun şərəfinə Pojarski adlandırırlar.


    Tərkibi:

    500 q toyuq budu
    100-150 q bəyaz çörək
    1 st. süd və ya qaymaq
    1 yumurta
    3-4 x.q. kərə yağı
    duz
    narın suxarı
    100 q bitki və ya kərə yağı (qızartmaq üçün)


    Hazırlanması:

    Toyuğu yuyub suyunun çəkilməsini gözləyin, əti sümükdən ayırın.

    Bəyaz çörəyi süddə və ya qaymaqda isladın. Şişəndən sonra sıxın.

    Toyuq ətini isladılmış çörəklə birlikdə ət maşınından keçirin.

    Duz, əridilmiş kərə yağı, yumurta əlavə edib yaxşıca qarışdırın.

    Kiçik kotletlər tutun, narın suxarıya batırıb hər iki üzünü bitki və ya kərə yağında qızardın.

    alıntı
#08.12.2014 15:48 0 0 0