Allahın qulları haqqında müxtəlif işləri vardır. Döyüşün ən şiddətli anında Gatafanlıların liderlərindən Nuaym ibni Məsud əl-Əşcai gizlicə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gələrək ona : "Ey Allahın elçisi! Mən İslamı qəbul edirəm. Xalqımın isə, mənim müsəlman olmağımdan xəbərləri yoxdur. İndi hansı xüsusda mənə vəzifə vermək istəyirsənsə, əmr et, dərhal edim." dedi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) buna sevinərək :
"İndi sən bizdən birisən, o halda gücün çatırsa, düşməni təxribata salmağa (dağıtmağa) çalış. Çünki, hərb hiylədən ibarətdir." buyurdu. Bundan sonra Nuaym ibni Məsud çıxıb düz Yəhudi Qureyzə Oğullarının liderlərinin yanına getdi. Cahiliyyə dövründə onlarla dost idi. Onlara :
"Baxın ey Qureyzə oğulları! Sizi nə qədər sevdiyimi, xüsusilə də, aramızda nə qədər güclü bir dostluq olduğunu bilirsiniz." deyə sözünə başladı.
Onlar da :
"Əlbəttə, bəli! Həqiqəti deyirsən. Səndən heç pislik görmədik" dedilər. Sonra Nuaym bunları dedi :
"Kaynuka Oğulları və Nadir Oğullarının başına gələnləri gördünüz. Qureyş və Qatafana arxa çıxırsınız, halbuki, onları vəziyyəti sizinkinə bənzəmir. Bura sizin ölkənizdir. İçində uşaqlarınız və ailələriniz var. Əgər bir fürsət tapsalar, əlbəttə ki, bundan istifadə edəcəklər. Yox, əks bir vəziyyətlə qarşılaşsalar, bu dəfə çıxıb öz ölkələrinə gedəcəklər, sizi də Məhəmmədlə baş-başa bıraxacaqlar. Onlar getdikdən sonra da Məhəmməd sizdən istədiyi kimi intiqam alacaqdır."
Yəhudilər : "O təqdirdə nə edək?" deyə soruşduqda, Nuaym : "Qureyşlilərdən və Qatafanlılardan zəmanət olaraq sayılıb-seçilən bir sıra şəxsiyyəti girov olaraq götürməmiş döyüşə girməyin." dedi.
Yəhudilər : Çox yaxşı bir fikir təklif etdin. deyərək ona təşəkkür etdilər.
Nuaym daha sonra Qureyşlilərin yanına gedib bu dəfə onların liderləri ilə bir araya gələrək onlara :
Mənim sizə olan sevgi və bağlılığımı bilirsiniz. Bəzi şeyləri eşitmişəm, sizə bildirməyi bir vəzifə sayıram. Fəqət bu sirrimi gizli saxlayın. Deyə sözünə başladı. Komandirlər :
Əlbəttə! Deyib onu dinləməyə başladılar. Nuaym belə danışdı :
"Baxın, yəhudilər, bizə dəstək olmaq üçün Məhəmmədlə aralarındakı andlaşmanı pozduqlarına peşman olublar. Sizin çəkilib onları Məhəmmədlə baş-başa bıraxmağınızdan qorxurlar. Sizdən girovlar alıb Məhəmmədə təslim etmək xüsusunda aralarında razılığa gəldilər. Daha sonra da birləşib sizə qarşı döyüşəcəklər. Əgər sizdən yanlarında bir təminat olaraq qalmaq üçün bəzi girovlar istəsələr, əsla verməyin!"
Nuaym buradan ayrıldıqdan sonra Qatafanlıların yanına getdi və onlara da Qureyşlilərə dediklərinin eynisini dedi.
Nuaymın bu dahiyanə planı nəticə verdi və vəziyyət belə inkişaf etdi. Əbu Süfyan, İkrimə rəhbərliyindəki bir heyəti Qureyzə yəhudilərinin yanına göndərərək onlardan dərhal sabah müsəlmanlara açıq cəbhədən hücum etmələrini istədi. Yəhudilər Qureyş heyətinə : Bu gün cümə ertəsi (şənbə) günüdür. Biz bu gün heç bir iş etmərik. İndiyə qədər başımıza nə fəlakət gəldisə, bu günün qüdsiyyətinə riayət etməməkdən gəldi. Həmçinin, sonra bizə adamlarınızdan bir neçəsini təminat olaraq vermədiyiniz müddətcə sizinlə birlikdə Məhəmmədə qarşı döyüşmərik. Bizi Məhəmmədlə baş-başa bıraxıb ölkələrinizə qayıtmağınızdan qorxuruq." cavabını verdilər.
Qureyş və Qatafan onlardan bu cavabı aldıqda : "Doğurdan da Nuaym düz deyirmiş" – dedilər və yəhudilərə xəbər yollayaraq : "Allaha and olsun ki, sizə adamlarımızdan bircə nəfəri belə təslim etmərik. Dərhal döyüşə çıxın!" - deyə ultimatum verdilər. Yəhudilər də bir-birilərinə : "Doğurdan da Nuaym düz deyirmiş." Beləcə, iki tərəf arasında qurulmağa çalışılan ittifaq pozuldu. Müşriklər döyüş əzmlərini itirdilər və ruh düşkünlüyünə düşdülər.
Müsəlmanlar isə, Rəblərinə belə yalvarırdılar : "Allahım! Aşkarımızı ört və bizi qorxularımızdan əmin et! Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə Rəbbinə belə yalvarırdı : "Ey kitabı endirən! Hesaba tez çəkən Allahım! Dəstələri məğlubiyyətə çatdır. Allahım, onları məğlubiyyətə çatdır və onları şiddətlə qorxut."
Allah müşriklərin üstünə mələklərindən bir ordu və şiddətli külək göndərərək onları şiddətlə qorxutdu. Qəlblərinə qorxu atdı. Şiddətli soyuğun təsiriylə yerlərində dura bilməz hala gəldilər. Artıq daha çox dözə bilməyəcəklərini anlayıb, qayıtmağa hazırlaşmağa başladılar. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) Hüzeyfə (radiyəllahu anhu)`ni gizlicə müşrik düşərgəsinə göndərərək vəziyyətlərini öyrənmək istədi. Hüzeyfə gizlicə gedərək aralarına qarışdı və vəziyyətlərini öyrənib geri qayıtdı.
Müşriklər hardasa soyuqdan qırılarkən, Hüzeyfə onların aralarında olduğu müddət içində üşütmə hiss etmədi. Əksinə, hamamdaymış kimi tərləyirdi. Hüzeyfə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) `ın yanına gedəcəkləri müjdəsini verdi. Müsəlmanlar o gecə hüzurlu yatdılar. Səhər oyandıqları vaxt döyüş meydanında bircə müşrikin belə qalmadığını gördülər. «Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.» (Əhzab / 25)
Bu döyüş hicrətin beşinci ilində, Şəvval ayında başladı təxminən bir ay sonra, Zil-Qadə ayına sona çatdı. Bu, İslam düşmənlərinin Mədinəni işğal edərək İslam və müsəlmanları yox etmək üçün girişdikləri ən böyük döyüş idi. Ancaq, Allah onları pərişan edib, hazırladıqları quyuya özlərini düşürdü. Bu böyük ordunun müvəffəqiyyətsizliyə düşməyi demək, bundan sonra və digər kiçik qəbilələrin çoxlu-çoxlu müvəffəqiyyətsizliyə düşəcəkləri və bundan sonra heç bir qəbilənin Mədinəyə yönəlməyə cəsarət edə bilməyəcəyi mənasına gəlirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu həqiqəti hiss etmiş və səhabələrinə : "Bundan sonra artıq hücum etmək növbəsi bizə çatdı. Qureyş bir də üstümüzə gələ bilməz."