Sənə qarşı məhəbbətim var

Son güncelleme: 14.12.2014 10:39
  • Eşq nədi bilməz idim,səni görmüyüncə mən
    Sənə yaman vuruldum,ilk baxışdan o gündən,
    Birçə kəlmə hə denən diləyimdi tək səndən,
    Desəm sənə nə qədər qurtarmaz sözlərim var,
    Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

    Danışdığın hər sözün gülüm şəkərdi baldı,
    O,göəl göz qaşların məni kəməndə saldı,
    Özümdən xəbərsiz pünhan yandırdı yaxsdı,
    Bu yanğına dözməyə Sönməztək ləqəbim var,
    Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

    Məcnun yalan olubdu,daha mənim yanımda,
    Gecə-gündüz gəzirsən fikrimdə xəyalımda
    Gülüm qəmgin oluram,səndən ayrı qalanda,
    Bu ayrılığa dözən başı qarlı dağım var,
    Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

    Neyləyim ki,günahkar gülüm sənin özünsən ,
    Xəstəyəm bu dərdimin,əlacı təbibisən,
    Cismımdə canımdasan,cırpınan qəlbimdəsən ,
    Fikirləş gör nə qədər sənə ehtiyacım var,
    Sənə qarşı ürəyə sığmaz məhəbbətim var...

    alıntı
#14.12.2014 10:39 0 0 0