Linuxda virusa yoluxdu

Son güncelleme: 16.12.2014 12:23
  • Tədqiqatçıların aşkar etdiyi yeni troyan virusu artıq bir neçə ildir Linux əməliyyat sistemi ilə işləyən və hökumət və korporasiyalarına məxsus kompüterləri virusa yoluxdurub. 45 ölkənin sistemi bu virusdan zərər çəkib.

    Kasperski Laboratoriyasının məlumatına görə, proqram bundan əvvəl aşkar edilmiş Turla hücumunu təşkil etmiş həminki cinayətkarlar tərəfindən hazırlanıb. Ən azı dörd il ərzində virus hökumət və təhsil müəssisələri, səfirliklər, müdafiə qurumları, tədqiqat və əczaçılıq şirkətlərində quraşdırılmış sistemləri yoluxdurub.

    Troyanın Linux versiyasını standart vasitələrlə aşkar etmək mümkün deyil. Virus yaradıcılarından müəyyən ardıcıllıqlı rəqəmlərdən ibarət xüsusi formalaşdırılmış paket qəbul edənədək fəaliyyətini büruzə vermir.

    Proqram kompüterin bütün şəbəkə trafikini ələ keçirə və ixtiyari əmrləri icra edə bilər. Bu proqramı, hətta sistemin administratoru olmayan adi istifadəçi adından işə salmaq olar. Kasperski Laboratoriyaları mütəxəssisləri qeyd edirlər: troyalı beləliklə yazılmışdır ki, bütün onun imkanlarının üzə çıxardılması məqsədi ilə onun kodunu təhlil etmək olduqca problematikdir. Çıxarılmamışdır (istisna edilməmişdir) ki, Turla hücumunun Linux-elementinin aşkar edilməsi yeni, hələlik naməlum zərərverici proqramları, zəiflikləri və casus kampaniyalarını aşkar etməyə kömək edəcək.

    alıntı
#16.12.2014 12:23 0 0 0