Bugün Bakıya Yağış Yağacaq

Son güncelleme: 16.12.2014 12:26
  • Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

    Temperaturun gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək.

    Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

    Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək.

    Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

    Aran rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s sürətlə şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

    Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

    alıntı
#16.12.2014 12:26 0 0 0