Gözlərin

Son güncelleme:
  • Duydum gözlərində hissi,gözəlim,
    Qəlbimə vuracaq yara gözlərin.
    Bəs niyə,nə üçün bilmədim,gülüm,
    Çəkibdi aşiqi dara gözlərin.

    Məndən kənar gəzmə,mənim əzizim,
    Təkcə sənsən mənim pənahım,hissim.
    Deyirəm heç zaman əsirgəməsin
    Sevgi baxışını qara gözlərin.

    Yanıram oduna səntək dilbərin,
    Baxmayıb sözünə qəmin,kədərin.
    Dikilib gözünə,Mövlud,nə dərdin,
    Qılacaq dərdinə çara gözlərin.

    alıntı
0 0 0