Malnızam mən

Son güncelleme: 17.12.2014 19:54
  • Yenə də ruhumu gəzdi bir duyğu...
    Götür albomunu, mən deyim, sən yaz!
    Bizim dünyamızda günah deyil bu -
    Səninlə üz-üzə danışsaq bir az.
    Götür albomunu, mən deyim, sən yaz!

    Gecələr yalnızam mən yatağımda,
    Bilirəm yalnızsan hələlik sən də.
    Xəyalım dağılır yellər əsəndə,
    Dalıb düşünürkən öz otağımda,
    Gecələr yalnızam mən yatağımda.

    Söylə, təbiətə uyğunmu, səncə
    Keçdiyim yollarda qalmasın bir iz?..
    Özünü anlayıb, duyan bir gəncə
    Gülüncdür bu başısoyuqluq şəksiz;
    Keçdiyim yollarda qalmasın bir iz?..

    Bax, məni incidir, ağrıdır bəzən
    Hər axşam bir evdə qonaq qalmağım:
    Rəngində ölümün kölgəsi gəzən
    Şübhəli qızlardan adres almağım;
    Hər axşam bir evdə qonaq qalmağım...

    Bağışla, sevgilim, açıq söylədim!
    Gizli nöqtələrə əl aparma sən.
    Sorma o qızları, sorma neylədim.
    Həyatın içi üzü örtünür bəzən.
    Gizli nöqtələrə əl aparma sən..

    alıntı
#17.12.2014 19:54 0 0 0