Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 5 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Biz ayrı qalmışıq eyni şəhərdə
Biz ayrı qalmışıq eyni şəhərdə
213
Son güncelleme:
20.12.2014 02:05
Son_Rüya
Mən bu şəhərdə sənsizəm yenə,
Gözlərim arayır səni hər yerdə.
De görüm, kim dözər belə bir dərdə?
Biz ayrı qalmışıq eyni şəhərdə.
Mən çox inanmışdım bu məhəbbətə,
Sevgi də yox olub, dönüb kədərə.
Heç kim dinə bilmir belə qədərə,
Biz ayrı qalmışıq eyni şəhərdə.
Bülbültək solmuşam inan qəfəsdə,
Qalıbdır ürəyim acı, həsrətdə.
Bu necə zülümdür yazıb qismətdə?
Biz ayrı qalmışıq eyni şəhərdə.
Həmişə möhtacdım belə sevgiyə,
Mən səni çox sevdim öz ürəyimdə.
Pisliyim dəymədi mənim kimsəyə,
Biz ayrı qalmışıq eyni şəhərdə.
Təzələndi yenə yara qəlbimdə,
Göz yaşı axıtdım hər bir sətirdə.
Oxusan xatırla məni şeirimdə,
Biz ayrı qalmışıq eyni şəhərdə.
#20.12.2014 02:05
0
0
0
Önceki Konu:
Qışda xəstələnməmək üçün bunu edin
Sonraki Konu:
Gəl
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma